Servis xidməti

Təklif Etdiyimiz Servis Xidmətləri

Kənd təsərrüfatı texnikalarının diaqnostikası, texniki xidməti və təmiri üzrə geniş çeşiddə peşəkar həllər təqdim edirik. Təcrübəli komandamız müxtəlif marka və modellərə uyğun servis xidmətlərini yüksək dəqiqlik və operativliklə həyata keçirir.

İNDİ MÜRACİƏT ET
  • Diaqnostika və Texniki Baxış
  • Yağ və Filtrlərin Dəyişimi
  • Mühərrik Təmiri və Əsaslı Bərpası
  • Transmissiya və Güc Ötürmə Sistemlərinin Təmiri
  • Hidravlik Sistemlərin Təmiri
  • Yanacaq və Soyutma Sistemlərinin Təmiri
  • Əyləc, Sükan və Asqı Sistemlərinin Təmiri
  • Ehtiyat Hissələrinin Təchizatı və Quraşdırılması
  • Mövsümə Hazırlıq
  • Yerində (Səyyar) Servis Xidməti

Diaqnostika və Texniki Baxış

‎‎
Texnikanızın nasazlıqlarını müasir diaqnostika avadanlıqları və peşəkar yanaşma ilə dəqiq müəyyən edirik. Ətraflı texniki baxış nəticəsində yaranmış və yarana biləcək problemləri vaxtında aşkar edərək effektiv təmir planı hazırlayır, texnikanızın təhlükəsiz və məhsuldar fəaliyyətini təmin edirik.

MÜRACİƏT ET

Yağ və Filtrlərin Dəyişimi


Mühərrik yağı, hidravlik yağ, transmissiya yağı və bütün növ filtrlərin istehsalçı tələblərinə uyğun şəkildə dəyişdirilməsini həyata keçiririk. Vaxtında aparılan texniki xidmət texnikanızın məhsuldarlığını artırır, aşınmanı azaldır və istismar müddətini uzadır.

MÜRACİƏT ET

Mühərrik və Transmissiya Təmiri


Mühərrik və transmissiya aqreqatlarında aşınma, sızma və mexaniki nasazlıqların aradan qaldırılması, komponentlərin bərpası və zəruri hissələrin dəyişdirilməsi üzrə peşəkar təmir işləri həyata keçiririk.

MÜRACİƏT ET

Hidravlik və Elektrik Sistemlərinin Təmiri


Hidravlik nasosların, paylayıcı klapanların, hidravlik silindrlərin, şlanqların, elektrik naqillərinin, sensorların, relelərin və idarəetmə modullarının diaqnostikası, təmiri və zəruri hallarda dəyişdirilməsi xidmətlərini həyata keçiririk.

MÜRACİƏT ET
Astex Service

Kənd Təsərrüfatı Texnikaları Üçün Servis Xidməti


Diaqnostika, texniki xidmət, mühərrik, transmissiya, hidravlik və elektrik sistemləri üzrə peşəkar həllər və daha çoxu

Kompleks Servis Xidməti